Vircil van Deyk: “Yeganə müsbət tərəf cavab oyunudur”

Vircil van Deyk: “Yeganə müsbət tərəf cavab oyunudur” İdman

"Liverpul" Çempionlar Liqasının dörddəbir final mərhələsinin ilk oyununda səfərdə "Paris Sen-Jermen"ə 2:0 hesabı ilə məğlub olub.

News24.az xəbər verir ki oyundan sonra komandanın kapitanı Vircil van Deyk Parisdəki uğursuz çıxışı dəyərləndirib. Təcrübəli müdafiəçi komandasının ümumilikdə zəif performans sərgilədiyini və rəqibin güclü təzyiqi qarşısında ciddi çətinliklərlə üzləşdiklərini etiraf edib.

Van Deykin sözlərinə görə, bu məğlubiyyətdən sonra yeganə müsbət məqam gələn həftə cavab oyununun keçiriləcək olmasıdır. O həmçinin qapıçı Giorgi Mamardaşvilinin vacib seyvlər edərək hesabı qoruduğunu qeyd edib. Xatırladaq ki Dizire Due və Xviça Kvaratsxeliyanın qolları ilə qələbə qazanan Paris təmsilçisi növbəti mərhələ üçün böyük üstünlük əldə edib.

Bu nəticə Arne Slotun yetirmələrini cavab oyunu öncəsi çətin vəziyyətə salsa da, van Deyk Anfielddə xüsusi bir performans sərgiləməli olduqlarını vurğulayıb.