“Xankəndi” doğma meydanda ilk oyununa çıxır
İdman
Bu gün Azərbaycan 1-ci liqasında 8-ci tura start veriləcək.
News24.az xəbər verir ki, ilk oyun günündə 3 görüş keçiriləcək.
Günün ən maraqla gözlənilən qarşılaşması Xankəndidə olacaq. “Xankəndi” klubu doğma şəhərindəki ilk oyununda “Karvan-Yevlax”ı qəbul edəcək.
Xankəndi şəhər stadionunda ilk matç saat 16:00-da başlayacaq.
19 noyabr
14:00. MOİK – “Səbail”
Hakimlər: Namiq Bəkirov, Safalı Ağayev, Məmmədəli Kərimov, Alik Yunusov
Binə qəsəbə stadionu
14:30. “Mingəçevir” – “Baku Sportinq”
Hakimlər: Ceyhun Hüseynov, Mirnihad Seyidov, Aydın Baxşiyev, Rövşən Rəcəbov
Y.Məmmədzadə adına Mingəçevir şəhər stadionu (ehtiyat meydança)
16:00. “Xankəndi” – “Karvan-Yevlax”
Hakimlər: Kamranbəy Rəhimov, Sənan Atayev, Vüqar Bayramov, Nazim Abdullayev
Xankəndi şəhər stadionu /Qafqazinfo