Yamalın evini soymaq istədilər

Yamalın evini soymaq istədilər İdman

İspaniya millisinin üzvü, 2026-cı il Dünya Kubokunun finalçısı Lamin Yamalın evinə soyğunçuluq cəhdi edilib.

News24.az xəbər verir ki, hadisə Esplugues de Llobregat şəhərində baş verib. Mühafizəçilər futbolçunun evinin binanın divarına dırmaşan iki nəfər üzümaskalı şəxsi görüblər. Soyğunçular mühafizəçilərin diqqətini çəkdiklərini görən kimi aradan çıxıblar. Təhlükəsizlik əməkdaşları həmin dəqiqə baş verənlərlə bağlı polisə məlumat verib və araşdırma aparılıb.

Qeyd olunur ki, həmin səhər Yamalın evinin yerləşdiyi yaşayış massivində daha iki soyğunçuluq cəhdi baş verib. Polis hazırda bu soyğunçuluqların eyni cinayətkarların işi olub-olmadığını müəyyən etməyə çalışır.