"Yavaş-yavaş səbrim tükənir" - Qurban Qurbanov
İdman
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Dinamo" ilə matçda Cəbrayıl Makrekkisin qırmızı vərəqə almasına göstərdiyi sakit reaksiyaya və keçmiş futbolçuları Kevin Medina ilə Miçel Madeyraya verdiyi sərt təpkilərə aydınlıq gətirib.
News24.az xəbər verir ki, təcrübəli mütəxəssis yaş keçdikcə daha təmkinli olması barədə fikirlərlə razılaşmadığını zarafatla qeyd edib:
"İnanın ki, illər məni səbirdən çıxarıb. Yavaş-yavaş səbrim tükənir. Makrekkisin epizodu futbolçu üçün gözlənilməz idi – rəqibi görmürsən, səni qabaqlayır. Belə vəziyyətlərdə hətta penalti də ola bilir. Həmin epizod fərqli idi."
Qurban Qurbanov vaxtilə Medina və Miçelə nə üçün daha çox əsəbiləşdiyini də açıqlayıb:
"Medina Ağadadaş Salyanskiyə qarşı sərt oynamışdı, ona görə hirslənmişdim. Miçelə gəlincə, nə qədər əsəbiləşsəm də, ən çox sevdiyim oyunçulardan biri olub. Məşqlərdə də çox danışardı, amma işini 100 faiz görərdi. Vacib oyun öncəsi ona xəbərdarlıq etmişdim ki, vərəqələrə diqqət yetirsin. Ona görə narazı qalmışdım. Adam bəzən sadə epizodlara görə də əsəbiləşir"./Unikal