“Yuventus” Kənan Yıldızın transfer qiymətini açıqladı

“Yuventus” Kənan Yıldızın transfer qiymətini açıqladı İdman

"Yuventus" türkiyəli futbolçu Kənan Yıldız ilə bağlı son qərarını açıqlayıb.

News24.az xəbər verir ki, klub futbolçunu gələn mövsüm də heyətində saxlamağı planlaşdırır və onun üçün gələn təklifləri qəbul etməyəcək.

Məlumata görə, “Yuventus” Kənan Yıldızı 100 milyon avrodan yüksək qiymətləndirir və komandanın gələcək planlarını onun üzərində qurmağı düşünür.

Klub rəhbərliyi hesab edir ki, Kənan Yıldız həm Türkiyə milli futbol komandasının, həm də İtaliya A Seriyasının ən perspektivli oyunçularından biridir.