“Yuventus” xal itirdi, Kənan Yıldız tarix yazdı
İdman
"Yuventus" İtaliya çempionatının 30-cu turunda "Sassuolo" ilə 1-1 hesablı heç-heçə edib.
News24.az xəbər verir ki, turində keçirilən oyunda hesabı 14-cü dəqiqədə Kənan Yıldız açıb. Qonaq komanda isə 52-ci dəqiqədə Andrea Pinamontinin qolu ilə bərabərliyi təmin edib.
Matçın sonlarında Manuel Lokatelli penalti zərbəsindən yararlana bilməyib və oyun 1-1 hesabı ilə başa çatıb.
Bu qolla Kənan Yıldız mövsümdə 10-cu qolunu vuraraq diqqət çəkib. “Yuventus” isə xallarını 54-ə çatdıraraq turnir cədvəlində 5-ci yerdə qərarlaşıb.