Zaur Əliyev: - "Üzgüçülük sağlamlığın qorunmasında mühüm rol oynayır"

Zaur Əliyev: - "Üzgüçülük sağlamlığın qorunmasında mühüm rol oynayır" İdman

“Biz çox arzulayırıq ki, üzgüçülük sahəsində təmsil olunan idmançılarımız beynəlxalq arenalarda yüksək nailiyyətlər qazanaraq, ölkəyə qızıl medallarla dönsünlər”. 

News24.az xəbər verir ki, bu fikirləri “ASF Konfransı 2025” çərçivəsində keçirilən mətbuat konfransında Azərbaycan Üzgüçülük Federasiyasının Prezidenti Zaur Əliyev səsləndirib.

Zaur Əliyev çıxışında üzgüçülüyün yalnız idman sahəsi kimi deyil, eyni zamanda insan sağlamlığına müsbət təsir göstərən mühüm fiziki fəaliyyət növü olduğunu qeyd edib. O bildirib ki, Gənclər və İdman Nazirliyi tərəfindən bir müddət əvvəl məktəblilər arasında üzgüçülüyün təbliği məqsədilə layihə həyata keçirilib. Hazırda isə Azərbaycan Üzgüçülük Federasiyası bu təşəbbüsün davamı olaraq məktəbli uşaqları hələ təhsil aldıqları dövrdən etibarən üzgüçülüyə cəlb etmək və bu sahədə maarifləndirmək niyyətindədir.

Federasiya Prezidenti sözügedən təşəbbüslə bağlı Elm və Təhsil Nazirliyi ilə ilkin müzakirələr apardıqlarını da vurğulayıb. Məqsəd, üzgüçülüyün məktəb proqramına inteqrasiya edilərək, ümumi təhsil müəssisələrində sistemli şəkildə tədrisinin təmin edilməsidir.

Xeyrənsə Piriyeva