“Zirə” FK Türkiyə klubu ilə qarşılaşacaq

“Zirə” FK Türkiyə klubu ilə qarşılaşacaq İdman

Bu gün Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışını davam etdirən “Zirə” futbol klubu növbəti yoxlama oyununa çıxacaq.

News24.az xəbər verir ki, Rəşad Sadıqovun komandası Türkiyə Birinci Liqa təmsilçisi “Iğdır”la üz-üzə gələcək.

Görüş Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.

Qeyd edək ki, “qartallar” buna qədər Özbəkistanın “Navbahor” klubu ilə keçirdiyi yoxlama oyununda 3:4 hesabı ilə məğlub olub. “Zirə” iyulun 2-dək Türkiyədə təlim-məşq toplanışını davam etdirəcək.