“Zirə” səfərdə “İmişli” ilə heç-heçə etdi
İdman
Azərbaycan Premyer Liqasında XII tura start verilib.
News24.az xəbər verir ki, açılış matçında “Zirə” səfərdə “İmişli”nin qonağı olub. Yevlax şəhər stadionunda keçirilən görüş 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.
Hesabı 44-cü dəqiqədə qonaqların heyətində Davit Volkov açıb. Bakı təmsilçisi 55-ci dəqiqədə Rikardu Martinş ilə fərqi iki topa çatdırıb. Lakin ruhdan düşməyən nominal meydan sahibləri qazanılan iki penaltini qola çeviriblər. Hər iki epizodda Seyxan Fərəcov fərqlənib.
Hazırda “Zirə” 20 xalla turnir cədvəlinin dördüncü, “İmişli” isə 12 xalla səkkizinci pilləsində yer alır.
Qeyd edək ki, tura noyabrın 22-də yekun vurulacaq.