"Zirvəni qorumaq daha çətindir" – Vüsal İsayev
İdman
Azərbaycan minifutbol millisinin üzvü Vüsal İsayev Avropa çempionatında qazanılan qələbəni dəyərləndirib.
News24.az xəbər verir ki, o, komandanın turnirə ciddi hazırlıq keçdiyini və rəqiblərin Azərbaycan millisini yaxşı təhlil etməsinin oyunları daha çətin etdiyini bildirib.
İsayevin sözlərinə görə, bəzi çətinliklərlə üzləşsələr də, komanda hər növbəti oyuna daha yaxşı hazırlaşaraq hədəfinə çatmağı bacarıb.
“Avropa çempionatına çox ciddi hazırlaşmışdıq. Bütün rəqiblər bizi yaxşı analiz etmişdilər, buna görə də müəyyən çətinliklərlə üzləşdik. Ancaq növbəti oyunlara daha yaxşı hazırlaşdıq”, – deyə o qeyd edib.
Milli komandanın üzvü zirvədə qalmağın çempion olmaqdan daha çətin olduğunu vurğulayıb.
“Zirvəyə qalxmaq çətindir, onu qoruyub saxlamaq isə daha çətindir”, – İsayev bildirib.
O, sonda əldə olunan uğuru Azərbaycan xalqına həsr etdiklərini söyləyib.
“Bu qələbəni Azərbaycan xalqına həsr edirik”, – milli üzvü əlavə edib.