Zubir “Qarabağ”dan getdi - Yeni klubu bəllidir
İdman
Abdullah Zubir “Qarabağ”dan ayrılıb.
News24.az-ın məlumatına görə, 34 yaşlı futbolçu karyerasını Qətərin “Əl-Şahaniya” klubunda davam etdirəcək.
Fransalı yarımmüdafiəçi yeni klubunda daha çox maaş alacaq.
Qeyd edək ki, Zubir “Qarabağ”a 2018-ci ildə Fransanın “Lans” klubundan transfer olunmuşdu. /xitab24.az/