Minimum aylıq əməkhaqqı artırıldı - SƏRƏNCAM
    • 8-02-2019, 17:54
    • 1 340

Minimum aylıq əməkhaqqı artırıldı - SƏRƏNCAM

Prezident İlham Əliyev Minimum aylıq əməkhaqqının artırılması və “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 3545 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə" sərəncam imzalayıb.  

News24.Az xəbər verir ki, sərəncama əsasən minimum aylıq əməkhaqqının məbləği 2019-cu il martın 1-dən 180 manat müəyyən edilib.
Sərəncamda Nazirlər Kabinetinə müvafiq tapşırıqlar verilib.

News24.Az