Azərbaycanda hotel rəhbərləri ilə görüşlər keçiriləcək

Azərbaycanda hotel rəhbərləri ilə görüşlər keçiriləcək
İQTİSADİYYAT / SİYASƏT

21 fevral 2019, 16:42

Mətn ölçüsü

Region hotelləri ilə Azərbaycan Hotel Assosiasiyasının əlaqələrinin intensivləşdirilməsi mövcud problemlərin aradan qaldırılmasına xidmət edəcək.

News24.az xəbər verir ki, bu haqda Azərbaycan Hotel Assosiasiyasının regionlara səfəri çərçivəsində Quba, Qusar, Şabran, Xaçmaz, Nabran, Siyəzən və Xızıda yerləşən hotellərin nümayəndələri ilə Qubada baş tutan görüş zamanı qeyd olunub. Tədbirdə həmçinin Azərbaycan Hotel Assosiasiyası tərəfindən region hotelləri ilə davamlı əməkdaşlıq əlaqələrinin qurulması, regionlarda xidmət keyfiyyətinin təkmilləşdirilməsi istiqamətində birgə həyata keçirilə biləcək tədbirlər haqqında təqdimat keçirilib. Tədbir çərçivəsində Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun regionlarda turizmin inkişafı, təşviqi və idarə olunması üçün yaradılan yeni qurumları - Destinasiya Menecmenti Təşkilatlarının Qubada yerləşən bölməsi təqdim olunub. Yeni model turizm qurumları kimi fəaliyyət göstərəcək DMT-lərin fəaliyyət istiqamətlərindən biri də regionlardakı hotellərin Azərbaycan Hotel Assosiasiyası ilə əlaqələndirmək olacaq. Azərbaycan Hotel Assosiasiyası 20-24 fevralda regionlara ilk səfəri çərçivəsində Qubadan başqa, Qəbələ, Gəncə və Lənkəranda ətraf bölgələrin hotellərinin rəhbərləri ilə görüşlər keçirəcək.

Nigar MƏMMƏDLİ