“Bakı Metropoliteni” QSC-nin yaradılmasından 5 il ötür

“Bakı Metropoliteni” QSC-nin yaradılmasından 5 il ötür
İQTİSADİYYAT

27 fevral 2019, 14:39

Mətn ölçüsü

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin yaradılmasından 5 il ötür.  

News24.Az xəbər verir ki, ötən beşillik dövrün ən əhəmiyyətli yeniliyi Bakı metropoliteninin yarıməsrlik tarixində ən əlamətdar hadisə yeni Bənövşəyi xəttin ilk iki - "Avtovağzal" və "Memar Əcəmi" stansiyalarının istismara verilməsi olub. Bu xətt müasir texnologiyaların tətbiqi baxımından ən yüksək dünya standartları səviyyəsində olacaq. Gələcəkdə bu xətt qatarların radiodalğalarla (CBTC) və bütün infrasturkturun SCADA sistemləri idarə olunması üzərində qurulacaq.  Bakı metrosunun son 5 ili stansiyalarda aparılan təmir işləri, yeraltı sarayların yenidən qurulması, bir neçə stansiyada istismar müddətini başa vurmuş eskalatorların dəyişdirilməsi ilə yanaşı yolların yenidən qurulması, tunellərin mühafizəsi üzrə işlərin həcm genişliyi ilə yanaşı, yeni sahələrdə tikintinin davam etdirilməsi ilə yadda qalıb.  Bu günlərdə “Bakmil” stansiyası əsaslı təmir və yenidənqurma işlərindən sonra istismara veriləcək. Metronun açıq tipli yeganə stansiyası platforma üzərində qurulan çətirlə sərnişinləri, qurğu və avadanlıqları yağıntıların təsirindən qoruyacaq. İlk dəfə 2015-ci ildə alınmış ən müasir tipli vaqonların sayı 25-ə çatdırılıb, bu il isə daha 30 ədəd müasir tipli vaqonlar alınacaq.  

Nigar MƏMMƏDLİ