Bu gün Nərimanov rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllının News24.Az-a verdiyi məlumata görə, məhdudiyyətlər Bakı şəhəri Nərimanov rayonu Molla Cümə küçəsində su təchizatı sistemində yenidənqurma işlərilə əlaqədardır. Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.
Nigar MƏMMƏDLİ