“Rəqəmsal hökumət proqramı” yaradılır
    • 29-03-2019, 12:24
    • 811

“Rəqəmsal hökumət proqramı” yaradılır

Asan Könüllülük Məktəbi ilə Elektron Hökumət İnkişaf Mərkəzininin birgə “Rəqəmsal hökumət proqramı” yaradılır.

News24.az
-a xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) İnsan Resursları və Təlim şöbəsinin müdir müavini Cahangir Hacıyev deyib.

C. Hacıyev açıqlamasında bunun rəqəmsal hökumətin təşviqi proqramından ibarət olacağını bildirib:
“Proqramda könüllülər də iştirak edəcək. Həmin könüllülər bir necə ildən sonra burada çalışanlarla həmkar olacaqlar. Bu proqram sayəsində bizim könüllülər rəqəmsal hökumət sahəsində təcrübə əldə edəcək, həm də geniş əhali kütləsini maarifləndirəcəklər. Bununla da biz cəmiyyət olaraq elektronlaşmağa yaxın olacağıq. Bu proqram həm könüllülərə, həm də əhalimiz üçün faydalı olacaq”.  

Elektron hökumətin inkişafı mərkəzinin direktoru Fariz Cəfərov hazırda mərkəz tərəfindən 40-dan çox lahiyənin icra olunduğunu qeyd edib:
“Bu layihələrin hər bir əhali üçün nəzərdə tutulub. Biz bir çox tədbirlərdə iştirak etdiyimiz zaman cəmiyyətin bir çox hissəsinin layihələrdən məlumatsız olduğunu, lakin öyrənmək istəklərinin olduğunu gördük. Azərbaycanın hər bir yerində elektronlaşma və rəqəmsallaşma haqqında olan əhaliyə məlumat verməliyik. Könüllülər vasitəsilə ilkin olaraq Bakıda sorğu keçiriləcək. Daha sonra bu proses regionlarda davam edəcək. Çünki ilkin olaraq könüllülərin özlərini təcrübələndirməliyik. Əvvəl onları proqram haqqında maarifləndirməliyik. Onlara öz təşəkkürümüzü bildiririk. Artıq ilkin olaraq könüllülər seçilib. Təcrübəli olacaq könüllülər digər özəl və dövlət qurumlarda da fəaliyyət göstərə biləcəklər”.

F. Cəfərov gələcəkdə jurnalistlər üçün də maarifləndirici qrupların yaradılacağını bildirib:
“Çünki jurnalistlərin də rəqəmsallaşma prosesinin gedişatını bilmələri vacibdir. Onların verdiyi suallar bizim üçün çağırışlar olmalıdır. Jurnalistlərlə qarşılıqlı əməkdaşlıq olacaq”.

Sevinc YASİNQIZI