Mərkəzi Bank tərəfindən 350 milyonluq depozit hərracı keçiriləcək
    • 29-03-2019, 19:11
    • 899

Mərkəzi Bank tərəfindən 350 milyonluq depozit hərracı keçiriləcək

Aprelin 1-də Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracı keçiriləcək.

News24.az Mərkəzi Banka istinadla xəbər verir ki, hibrid hərracda 350 milyon manat məbləğində vəsaitin cəlb edilməsi nəzərdə tutulur.

Depozit hərracının müddəti 14 gündür.

"Blumberq" ticarət sistemində keçiriləcək hərrac üzrə faiz dərəcələri 7,01-8,99 təşkil edir.