Vergilər naziri Lənkəranda vətəndaşları qəbul edib
    • 30-03-2019, 17:23
    • 779

Vergilər naziri Lənkəranda vətəndaşları qəbul edib

Bu gün vergilər naziri Mikayıl Cabbarov Lənkəran şəhərində 6 saylı Ərazi Vergilər Departamentinin inzibati binasında vətəndaşları qəbul edib.

Vergilər Nazirliyindən News24.az-a verilən məlumata görə, qəbulda Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı, Cəlilabad, Biləsuvar, Beyləqan, Ağcabədi, İmişli, Füzuli, Laçın və Xocavənd rayon sakinləri iştirak edib.
Qəbulda vətəndaşlar, əsasən, yaranmış vergi borcları, vergi orqanlarında işlə təminat, vergi uçotunun aparılması və e-qaimələrin tətbiqi, kənd təsərrüfatı məhsullarının ixracı və vergi inzibatçılığı sahəsində qarşılaşdıqları məsələlərlə əlaqədar müraciət ediblər.
Vətəndaşların müraciətləri dinlənilib və Nazirliyin struktur bölmələrinə aidiyyəti tapşırıqlar verilib.