Bakıda yeni metro stansiyası "Ağ şəhər"də yerləşəcək
    • 1-04-2019, 12:47
    • 1 675

Bakıda yeni metro stansiyası "Ağ şəhər"də yerləşəcək

“2011-ci ildən prezident İlham Əliyevin təsdiq etdiyi “Bakı Metroplotenin konsepsual inkişaf sxemində” “Y 14” şərti adı ilə göstərilən stansiya Ağ şəhər ərazisində yerləşəcək".

Bunu News24.az-a qurumun mətbuat xidmətinin rəhbəru Bəxtiyar Məmmədov deyib. Onun sözlərinə görə, bu stansiya ümumiyyətlə, Bakı Metropoliteninin dairəvi olacaq yaşıl xəttinin gələcəkdə prespektivdə inşasını nəzərdə tutulan stansiyalarından biridir:
“Yeni stansiya “Xətai” stansiyasından sonra olacaq. Bu, prespektivdə inşaatı nəzərdə tutulan stansiyadır. Amma hazırda tikinti işlərində əsas diqqət bənövşəyi xəttin üçüncü stansiyasına yönləndirilib. Hazırda orada tikinti, inşaat və quraşdırma işləri davam edir”.