“Azərenerji” birinci rübdə istehsalı və ixracı artırıb
    • 2-04-2019, 11:23
    • 1 156

“Azərenerji” birinci rübdə istehsalı və ixracı artırıb

“Azərenerji” ASC 2019-cu ilin arxada qalan birinci rübü ərzində 6.151 milyard kvts elektrik enerjisi istehsal edib.

“Azərenerji”dən News24.az-a verilən məlumata görə, bu ötən ilin birinci rübü ilə müqayisədə 153 milyon kvts və ya 2,5 % çoxdur.

Belə ki, ötən ilin birinci rübündə 5.998 milyard kvts elektrik enerjisi istehsal edilib. Bundan əlavə, elektik enerjisinin ixraçı da ötən ilin birinci rübü ilə müqayisədə artırılıb.

Əgər 2018-ci ilin birinci rübündə qonşu ölkələrə 131 milyon kvts elektrik enerjisi ixrac edilmişdisə, 2019-cu ilin birinci rübündə 161 milyon kvts ixrac edilib.

Bu isə 30 milyon kvts və ya 23 % artım deməkdir.Qeyd edək ki, 2018-ci ilin birinci rübü ilə müqayisədə 2019-cu ilin birinci rübündə elektrik enerjisinin istehlakı 3,41 faiz artıb.

Ən əsası isə ötən ilin mart ayı ilə müqayisədə bu ilin mart ayında istehlak 6,1 % çox olub ki, bu da kifayət qədər ciddi artım olmaqla yanaşı, elektrik enerjisinə artan təlabat tempinin getdikcə yüksəldiyini göstərir.