Bu şəxslərin kredit borcları silinəcək - YENİ QƏRAR
    • 2-04-2019, 12:45
    • 2 088

Bu şəxslərin kredit borcları silinəcək - YENİ QƏRAR

Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının icrası məqsədilə bank icması öz növbəsində görülməli olan ilkin dəstəkləyici tədbirlər müəyyən edir.

Bununla əlaqədar olaraq, Azərbaycan Banklar Assosiasiyasının Rəyasət Heyətinin geniş tərkibdə iclası keçirilib.

Assosiasiyadan News24.az-a verilən məlumata görə, iclasda yekdilliklə Qarabağ müharibəsi və 20 Yanvar şəhidlərinin bir nəfər ailə üzvünün banklara 360 gündən artıq gecikməsi olan 1000 (min) AZN qədər kreditlərinin (faiz borcu daxil olmaqla) bankların öz vəsaitləri hesabına ödənilməsi barədə qərar qəbul edilib.

Bundan sonra da banklara bu istiqamətdə əlavə güzəştlər edilməsi imkanlarının araşdırılması tövsiyə edilib.