“Diqlas”dakı sahibkarlara ödəniləcək maliyyə yardımının məbləği açıqlanıb
    • 4-04-2019, 10:09
    • 1 099

“Diqlas”dakı sahibkarlara ödəniləcək maliyyə yardımının məbləği açıqlanıb

İqtisadiyyat Nazirliyinin Kollegiyası “Bakı şəhərinin Nizami rayonundakı ticarət mərkəzində baş vermiş yanğın nəticəsində zərər çəkmiş sahibkarlara maddi yardım göstərilməsi Qaydası”nı təsdiqləyib. 

News24.az
Hüquqi Aktların Dövlət Reyestrinə istinadən bu haqda xəbər verir. 

Qaydaya əsasən, iş adamlarına maddi yarım nazirliyin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən, plastik kartla ödəniləcək. Ticarət mərkəzində mağaza və anbar icarəyə götürmüş sahibkarlar 10 min manat, piştaxta və digər sahələr icarəyə götürmüş sahibkarlar isə min manat yardım alacaqlar.