İki ayda sığorta şirkətləri 133 milyon manat toplayıb
    • 5-04-2019, 16:18
    • 1 063

İki ayda sığorta şirkətləri 133 milyon manat toplayıb

2019-cu ilin yanvar-fevral aylarında ölkədə fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 132.8 mln. manat məbləğində sığorta haqları toplanıb, 33.1 mln. manat məbləğində sığorta ödənişləri həyata keçirilib.

News24.az xəbər verir ki, Maliyyə Bazarlarına Nəzarən Palatasının məlumatına əsasən könüllü sığorta bazarı üzrə haqlar 103.9 mln. manat, ödənişlər isə 21.3 mln. manat təşkil edib. İcbari sığorta bazarı üzrə haqlar 28.9 mln. manat, ödənişlər isə 11.8 mln. manat olub.

2019-cu ilin yanvar-fevral aylarında sektor üzrə məcmu sığorta haqlarının 78.2%-i könüllü, 21.8%-i isəicbari sığorta növlərinin payına düşüb.

Sığorta ödənişlərinin64.4%-i könüllü, 35.6%-iicbari sığorta növləri hesabına formalaşıb.