Azərbaycanda problemli kreditlər yenidən artıb

Azərbaycanda problemli kreditlər yenidən artıb
İQTİSADİYYAT

08 aprel 2019, 17:35

Mətn ölçüsü

Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il martın 1-nə 1 574,7 mln. manat təşkil edib.

News24.az
Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, fevralın 1-i ilə müqayisədə 0,3%, yanvarın 1-nə nisbətən 0,65%, ötən il martın 1-i ilə müqayisədə isə 7,4% azdır. 

Fevralın sonuna problemli kreditlərin ümumi kredit portfelində payı 12,1% təşkil edib. Bu nisbət yanvarın sonuna və ötən ilin sonuna 12,2%, ötən ilin fevralın sonuna isə 14,7% olub.