Kənd təsərrüfatı naziri Zaqatalada vətəndaşları qəbul edəcək
    • 19-04-2019, 18:48
    • 3 197

Kənd təsərrüfatı naziri Zaqatalada vətəndaşları qəbul edəcək

Kənd təsərrüfatı naziri İnam Kərimov aprelin 26-da Zaqatala Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) inzibati binasında Zaqatala, Balakən və Qax rayonlarının sakinləri ilə görüşəcək.

Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən News24.az-a bildiriblər ki, görüşdə iştirak etmək istəyənlər Zaqatala Dövlət Aqrar İnkişaf Mərkəzinə (055-663-40-89) müraciət edə bilərlər.
Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin Çağrı Mərkəzi (1652) və elektron poçtu ([email protected]) vasitəsilə də qeydiyyatdan keçmək olar.