USD 1.7
EUR 1.8427
TRY 0.2563
RUB 0.022
  • Bakı 10°C
  • ŞUŞA 4°C
  • GƏNCƏ 8°C
  • LƏNKƏRAN 11°C
  • ŞƏKİ 9°C
  • QUBA 8°C
  • NAXÇIVAN 11°C

ASCO-nun ötən il üçün maliyyə hesabatı müsbət rəy alıb

İQTİSADİYYAT

Mətn ölçüsü

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) 2018-ci il üzrə birləşdirilmiş maliyyə hesabatları audit olunub.

Auditi dünyanın nüfuzlu auditor şirkətlərindən hesab edilən Ernst & Young Holdings (CIS) şirkəti aparıb.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, EY şirkətinin Azərbaycan üzrə idarəedici partnyoru İlqar Vəliyevin  ASCO sədri Rauf Vəliyevlə  görüşündə bildirilib ki, hesabat beynəlxalq standartlara uyğun hazırlanıb və bütün əhəmiyyətli aspektlər baxımından tələblərə tam cavab verir.

Müzakirələrdən sonra tərəflər 2018-ci ilin birləşdirilmiş maliyyə hesabatını təsdiqləyiblər.

Sözügedən hesabat qanunvericilik aktlarının tələblərinə uyğun olaraq, sənədlərdə təqdim olunan informasiyadan sərbəst istifadəni təmin etmək məqsədilə ASCO-nun rəsmi internet səhifəsində yerləşdirilib.

Qalereya

2

Xəbəri paylaş: