Yanvar-aprel ayları üzrə sığorta bazarının göstəriciləri AÇIQLANIB - CƏDVƏL
    • 10-06-2019, 11:21
    • 913

Yanvar-aprel ayları üzrə sığorta bazarının göstəriciləri AÇIQLANIB - CƏDVƏL

Bakı – 2019-cu ilin yanvar-aprel aylarında ölkədə fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 265.3mln. manat məbləğində sığorta haqları toplanıb, 66.7 mln. manat məbləğində sığorta ödənişləri həyata keçirilib.         


News24.az xəbər verir ki, könüllü sığorta bazarı üzrə haqlar 176.2 mln. manat, ödənişlər isə 43.4 mln. manat təşkil edib. İcbari sığorta bazarı üzrə haqlar 89.1 mln. manat, ödənişlər isə 23.3 mln. manat olub. 


2019-cu ilin yanvar-aprel aylarında sektor üzrə məcmu sığorta haqlarının 66%-i könüllü, 34%-i  isə  icbari  sığorta növlərinin  payına  düşüb. Sığorta ödənişlərinin  65%-i könüllü, 35%-i icbari sığorta növləri hesabına formalaşıb.


2019-cu ilin yanvar-aprel ayları ərzində sığorta şirkətləri və sinifləri üzrə hesablanmış sığorta haqları və ödənişlərə dair ətraflı məlumatlar sığorta bazarının icmal göstəricilərində öz əksini tapıb.

2019-cu ilin yanvar-aprel ayları üzrə hesablanmış sığorta haqları və sığorta ödənişləri haqqında
M  Ə  L  U  M  A  T
(təcili məlumatlar əsasında)



(min manatla)
Sığortaçının adı Sığorta Haqları Sığorta Ödənişləri
1“Amrah Sığorta” Açıq Səhmdar Cəmiyyəti 137,5     62,0    
2“A-Qroup Sığorta Şirkəti” Açıq Səhmdar Cəmiyyəti 2 351,6     2 720,6    
3“AtaSığorta” Açıq Səhmdar Cəmiyyəti 6 423,2     4 934,2    
4“Atəşgah Həyat” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti 12 370,1     3 257,8    
5“Atəşgah” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti 11 963,7     6 426,7    
6“AXA MBASK” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti 1 000,8     2 767,0    
7Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti 33 009,8     4 279,2    
8“Azərbaycan Sənaye Sığorta” Açıq Səhmdar Cəmiyyəti 2 245,8     563,6    
9“AZSIĞORTA” Açıq Səhmdar Cəmiyyəti 4 573,7     1 613,7    
10“Bakı Sığorta” Açıq Səhmdar Cəmiyyəti 298,4     40,3    
11“Günay Sığorta” Açıq Səhmdar Cəmiyyəti 1 229,3     699,1    
12“İpək Yolu Sığorta” ASC 7 870,7     52,7    
13“Meqa Sığorta” Açıq Səhmdar Cəmiyyəti 11 130,0     951,2    
14"Naxçıvansığorta" Açıq Səhmdar Cəmiyyəti 127,8     0,9    
15“Paşa Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyəti 74 597,4     17 619,5    
16“Paşa Sığorta” Açıq Səhmdar Cəmiyyəti 71 970,2     14 675,9    
17“Qala Həyat” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti 3 601,6     806,9    
18“Qala Sığorta” Açıq Səhmdar Cəmiyyəti 7 422,6     789,0    
19“Rəvan Sığorta” Açıq Səhmdar Cəmiyyəti 818,1     115,1    
20“Standard Insurance” Açıq Səhmdar Cəmiyyəti 2 785,9     1 228,5    
21"Xalq Həyat" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti -       -      
22“Xalq Sığorta” Açıq Səhmdar Cəmiyyəti 9 368,2     3 047,3    

YEKUN 265 296,5     66 651,2