Milyonlar gəlir – Neftimiz ciddi bahalaşıb
    • 11-07-2019, 12:47
    • 2 547

Milyonlar gəlir – Neftimiz ciddi bahalaşıb

Azərbaycan neftinin qiyməti bahalaşıb.

News24.az
 Sputnik-Azərbaycan-a xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 2,33 dollar artaraq 68,11 dollar olub.
"Brent" markalı neftin qiyməti 0,02 dollar artaraq 67,03 dollar, "Light" markalı neftin qiyməti isə 0,07 dollar bahalaşaraq 60,50 dollar təşkil edib.
Qeyd edək ki, Azərbaycan neftinin qiyməti 2001-ci ilin dekabrında minimuma enərək 19,15 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.