“Bakı Səyahətlər Bazarı” 20 ölkənin nümayəndələrini bir araya gətirdi
    • 17-09-2019, 15:16
    • 857

“Bakı Səyahətlər Bazarı” 20 ölkənin nümayəndələrini bir araya gətirdi

Sentyabrın 17-də Bakıda Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının təşkilatçılığı ilə “Bakı Səyahətlər Bazarı” adlı işgüzar görüş keçirilib.

Dövlət Turizm Agentliyindən News24.az-a veriləın məlumata görə, tədbirə Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu dəstəy göstərib.
İşgüzar görüşdə  dünyanın 20-yə yaxın ölkəsindən turizm sektorunu təmsil edən hotel şəbəkələrinin, turizm şirktlərinin və aviadaşıyıcıların 50-yə yaxın nümayəndəsi iştirak edib.

Tədbirin keçirilməsində məqsəd yerli və xarici  şirkətlər arasında işgüzar əlaqələrin qurulmasına dəstək olmaq, Azərbaycanın turizm imkanlarını nümayiş etdirmək, eyni zamanda ölkəyə daha çox turistin cəlb edilməsinə şərait yaratmaqdır.

Qeyd edək ki, sayca 15-ci olan “Bakı Səyahətlər Bazarı” işgüzar tədbir 2014-cü ildən etibarən keçirilir.

Afaq Mirayiq