Rəqəmsal trendləri özündə birləşdirən “AQRO SMM” layihəsinə start verildi
    • 24-09-2019, 09:57
    • 780

Rəqəmsal trendləri özündə birləşdirən “AQRO SMM” layihəsinə start verildi

“Aqrar İnkişaf Könüllüləri” Təşkilatının növbəti layihəsi olan “AQRO Sosial Media Marketinq” layihəsinə start verilir.

Kənd Təsərrüfatı Nazirliyindən News24.az-a verilən məlumata görə, layihə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, “Aqrar Tədarük və Təchizat" ASC-nin tərəfdaşlığı, “Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurası”nın maliyyə dəstəyi, “Aqrar İnkişaf Könüllüləri” Təşkilatının təşkilatçılığı ilə həyata keçiriləcək.

Layihənin açılış mərasimi ilə bağlı tədbir “Aqrar Tədqiqatlar Mərkəzi”ndə baş tutub. Tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin “Aqrar Tədqiqatlar Mərkəzi”nin direktoru Firdovsi Fikrətzadə, “Aqrar Tədarük və Təchizat” ASC-nin sədr müavini Sərxan Sərxanov, “Aqrar İnkişaf Könüllüləri” Təşkilatının sədri Sarvan Cəbrayılzadə çıxış edib. Kənd Təsərrüfatı Nazirliyinin “Aqrar Tədqiqatlar Mərkəzi”nin direktoru Firdovsi Fikrətzadə dövlət tərəfindən insan kapitalının inkişafına göstərilən dəstək fonunda gənclərin şəxsi inkişaf meyillərini, bilik və bacarıəqlarını daha da artırmasının vacib olduğunu qeyd edib. O, “AQRO SMM” kimi layihələrin gənclərin aqrar sahə üzrə sosial media vərdişlərinin artırılmasında mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Firdovsi Fikrətzadə iştirakçıların layihə ilə bağlı ilkin təəssüratlarını öyrənib və onlara uğurlar arzu edib. Sərxan Sərxanov isə çıxışı zamanı aqrar sahədə sosial məsuliyyət anlayışının gənc nəsillərə aşılanmasının vacib olduğunu bildirib və uyğun marketinqin fermer təsərrüfatlarında inkişafının zəruriliyini diqqətə çatdırıb.

Tədbirdə çıxış edən Sarvan Cəbrayılzadə isə “Aqrar İnkişaf Könüllüləri”nin xidmət sahələri və gələcək hədəflərinə toxunub. Eyni zamanda, “Aqrar İnkişaf Könüllüləri” Təşkilatının sədri “AQRO SMM” layihəsini gənclərin sosial media vərdişlərinin artırılmasında və tətbiqində mühüm addım adlandırıb və iştirakçılara uğurlar arzulayıb. Daha sonra iştirakçılar layihədən gözləntilərini açıqlayıb.