"BƏƏ ilə Azərbaycanın əməkdaşlığı genişlənəcək" - MİKAYIL CABBAROV

"BƏƏ ilə Azərbaycanın əməkdaşlığı genişlənəcək" - MİKAYIL CABBAROV
İQTİSADİYYAT

13 noyabr 2019, 12:33

Mətn ölçüsü

"Bu gün Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 7-ci iclası keçirilib. İclasın nəticəsi olaraq tərəflər arasında razılaşdırılmış protokol imzalanıb".

News24.az
xəbər verir ki, bunu jurnalistlərə Azərbaycan İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
M.Cabbarovun sözlərinə görə, bu protokol iqtisadiyyatın müxtəlif sahələrini əhatə edir: "O cümlədən nəqliyyat, logistika, turizm və başqa sahələrdəki əməkdaşlıq barədə müzakirələr öz əksini tapıb. İnanırıq ki, ölkələrimiz arasında olan mövcud iqtisadi əməkdaşlıq səviyyəsi bu günlərdə həyata keçirilən işlərin nəticəsində daha da yüksək səviyyəyə qalxacaq".

Onun sözlərinə görə, ötən gün də cənab Prezident İlham Əliyev tərəfindən ölkələrimiz arasındakı əməkdaşlığın genişlənməsinə dair tövsiyələr verildi: "Ümid edirəm ki, qarşıdakı illərdə biz irəliləyişi görəcəyik".