Əli Əsədovdan yanacaq ehtiyatı ilə bağlı MÜHÜM QƏRAR

Əli Əsədovdan yanacaq ehtiyatı ilə bağlı MÜHÜM QƏRAR
İQTİSADİYYAT

10 yanvar 2020, 22:40

Mətn ölçüsü

Azərbaycanda “Yanacaq ehtiyatının maliyyələşdirilməsi, yaradılması, qorunması, istifadəsi, həcmi və uçotunun həyata keçirilməsi Qaydası” təsdiqlənib. 

News24.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb. 

Qərara əsasən;  

1. “Yanacaq ehtiyatının maliyyələşdirilməsi, yaradılması, qorunması, istifadəsi, həcmi və uçotunun həyata keçirilməsi Qaydası” təsdiq edilib (əlavə olunur).  

2. Bu Qərar dərc edildiyi gündən altı ay sonra qüvvəyə minir.