"Özümüz tütünü istehsal edirik, ancaq tütün bitməyən ölkələrdən siqaret alırıq"

"Özümüz tütünü istehsal edirik, ancaq   tütün bitməyən ölkələrdən siqaret alırıq"
İQTİSADİYYAT

14 yanvar 2020, 01:35

Mətn ölçüsü

"Tütün istehsalı bizdə son illər ərzində artıbdır - dövlət dəstəyi hesabına qurutma kameraları, subsidiyalar, digər tədbirlər. Keçən il Azərbaycanda böyük siqaret fabriki açılmışdır. Yəni, biz daxili tələbatı yerli istehsal hesabına təmin etməliyik, mövcud olan siqaret fabriki yenidən qurulub". 
News24.az xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə çıxış edərkən bildirib: "Bu da paradoksdur. Biz tütün istehsal edən ölkəyik, ancaq siqareti idxal edirik, o ölkələrdən ki, orada tütün bitmir. Onlar tütünü bizdən alır, emal edir, siqaret buraxır, bizə satır. Ona görə buna son qoyulmalıdır. Bu məsələ də diqqət mərkəzindədir".