Ötən il ölkəyə gələn əcnəbilərin sayı ARTIB

Ötən il ölkəyə gələn əcnəbilərin sayı ARTIB
İQTİSADİYYAT

15 yanvar 2020, 11:11

Mətn ölçüsü

2019-cu il ərzində ölkəyə 3170321 əcnəbi gəlib.

News24.az-ın məlumatına görə, bunu Dövlət Miqrasiya Xidmətində 2019-cu ilin yekunlarına həsr olunan mətbuat konfransında DMX rəisi Vüsal Hüseynov bildirib. 

Onun sözlərinə görə, 2018-ci illə müqayisədə 11 faiz artım qeydə alınıb:"Ötən il olduğu yer üzrə 680794 nəfər qeydiyyata düşüb. 2018-ci illə müqayisədə 8 faiz azalma qeydə alınıb".

V.Hüseynov qeyd edib ki,  ötən il 45193 nəfər müvəqqəti yaşamaq üçün icazə alıb:"2018-ci illə müqayisədə 10 faiz artım müşahidə olunub. Müvəqqəti yaşamaq üçün icazə alanlardan 9978 nəfəri Türkiyə vətəndaşı, 8023 Rusiya, 5758 nəfəri Gürcüstan, 3791 nəfəri İran, 2487 nəfəri Pakistan, 15156 nəfəri isə digər ölkələrin vətəndaşlarıdır".

Afaq Mirayiq