Azərbaycan İsveçrəyə fındıq ixrac edəcək
    • 18-02-2020, 15:21
    • 3 141

Azərbaycan İsveçrəyə fındıq ixrac edəcək

Azərbaycan yaxın vaxt ərzində İsveçrəyə fındıq ixracına başlayacaq.

Bunu Azərbaycan Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri İsmayıl Orucov deyib.

O bildirib ki, ölkənin fındıq ixracında illik müsbət dinamika qeydə alınıb: “2018-ci ildə ixracın dəyəri 105 mln. ABŞ dolları, 2019-cu ildə isə 125 mln. dollar təşkil edib. Bu il ərzində məhsuldarlığımız yüksək olsa, ixracda da artım olacaq”. /APA/