Azərbaycanda əmanətlərin sığortalanmasının müddəti artırılır
    • 4-03-2020, 20:22
    • 1 468

Azərbaycanda əmanətlərin sığortalanmasının müddəti artırılır

Azərbaycanda əmanətlərin sığortalanmasının müddəti artırılır. 

News24.az xəbər verir ki, qeyri-rəsmi olaraq bank rəhbərləri bu barədə qərar veriblər. Qərara əsasən, əmanətlərin sığortalanması müddəti cari ilin dekabrın 4-nə kimi uzadılır.  

Qeyd edək ki, bu müddət 9 ayı əhatə edir. 
Xatırladaq ki, əmanətlərin sığortalanması müddəti bu gün başa çatıb. Ekspertlər müddətin uzadılmasının zəruri olması barədə açıqlama verirdilər. Ancaq  bu məsələ qanunla tənzimlənir.

Bildiyimiz kimi,  VI çağırış Milli Məclis hələ ki öz işinə başlamayıb. Ancaq əhali əmanətləriylə bağlı  narahat olduğundan  bir sıra banklar müddətin uzadılmasına qərar veriblər. 
//Qafqazinfo