Azərbaycanda bu vəzifəli şəxslər məzuniyyətə çıxanda əlavə müavinət alacaq

Azərbaycanda bu vəzifəli şəxslər məzuniyyətə çıxanda əlavə müavinət alacaq
İQTİSADİYYAT

25 mart 2020, 22:54

Mətn ölçüsü

Vergi orqanlarının vəzifəli şəxslərinə əsas məzuniyyətə çıxarkən ildə bir dəfə bir aylıq vəzifə maaşı həcmində müavinət ödəniləcək.


News24.az xəbər verir ki, bu müddəa bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin onlayn sistemlə keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edilməsi haqqında” qanun layihəsində əksini tapıb.

Bu praktika hazırda dövlət qulluğunda çalışan dövlət qulluqçularına tətbiq olunur.

Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib.