Fonda edilən ianə bir günə 11 milyon artdı
    • 26-03-2020, 20:55
    • 997

Fonda edilən ianə bir günə 11 milyon artdı

Prezident İlham Əliyevin fərmanı ilə yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianələr göndərilməkdə davam edir.

News24.az xəbər verir ki, martın 26-sı saat 20:40-a olan məlumata görə, ümumilikdə fonda 90 milyon 155 min 635 manat pul köçürülüb. Bu vəsait 1068 hüquqi, 2192 fiziki şəxsin ianəsi ilə toplanıb. 

Qeyd edək ki, martın 25-nə kimi fonda 78 milyon 764 min 611 manat pul köçürülüb. Son bir gün ərzində təxminən 11 milyondan çox manat ianə edilib.