“Facebook”un aktiv istifadəçisinin sayı rekord HƏDDƏ ÇATDI
    • 5-05-2020, 21:08
    • 877

“Facebook”un aktiv istifadəçisinin sayı rekord HƏDDƏ ÇATDI

“Facebook”un bütün proqramlarının ümumi auditoriyası aylıq 3 milyard aktiv istifadəçini ötüb.

News24.az “itc.ua” saytına istinadən xəbər verir ki, aprel ayının sonunda “Facebook”un bütün proqramlarının (sosial şəbəkənin özü, “Instagram”, “WhatsApp” və “Messenger”) ümumi auditoriyası 3 milyard aktiv istifadəçini ötüb. Bu yaxınlarda investorlarla onlayn görüş zamanı şirkətin təsisçisi və direktoru Mark Zukerberq bu statistikanı paylaşıb. 3 milyard istifadəçi dünyada internet istifadəçilərinin ümumi sayının 75%-nə uyğundur.

Qeyd edək ki,  hesabat dövründə şirkət 4,9 milyard xalis mənfəət qazanıb.