“LG” şirkəti ən böyük televizorlarını TƏQDİM ETDİ
    • 5-05-2020, 23:00
    • 1 279

“LG” şirkəti ən böyük televizorlarını TƏQDİM ETDİ

“LG” şirkəti ən böyük və ən bahalı televizorlardan birini təqdim edib. 
 

News24.az “IXBT” saytına istinadən yazır ki, “LG Signature” seriyasının tərkib hissəsi olan televizor “8K” təsvir ölçülü 88 düym diaqonallı “OLED” ekranla təchiz edilib. 

“LG OLED 8K” adlı model 88 və 77 düym diaqonallı olmaqla iki ölçüdə satışa çıxarılacaq. Cənubi Koreya istehsalçısı nümayəndələrinin sözlərinə görə, panel “4K” ekranlarla müqayisədə 4 dəfə çox piksel sıxlığı sayəsində maksimum dəqiq görüntü təklif edir. 88 düymlük televizorun model nömrəsi 88ZXPJA, 77 düymlüyün isə 77ZXPJA adlanır. Birinci modelin qiyməti 34676 dollar, ikincisinin isə 23 430 dollar təşkil edəcək.

Qeyd edək ki, televizorların iyunda satışa çıxarılması planlaşdırılır.