ZOOM-un tarixində İLK DƏFƏ

ZOOM-un tarixində İLK DƏFƏ
İQTİSADİYYAT

08 may 2020, 00:59

Mətn ölçüsü

İstifadəçilərin təhlükəsizliyinə çox da önəm vermədiyi üçün son aylar ərzində bir neçə dəfə tənqid edilən Zoom videokonfranslar xidməti videozənglər üçün qabaqcıl şifrələmə texnologiyasına malik olan Nyu-Yorkun Keybase startapını satın alıb. 

News24.az CNBC-ə istinadən xəbər ki, şirkət 9 il bundan əvvəl təsis edilsə də, bu Zoom-un tarixində ilk satınalmadır. Şirkət rəhbəri bildirib ki, videokonfransların yüksək məxfiliyini təmin etmək məqsədilə, Keybase vasitəsilə çağırılmamış dinləyicilərin söhbətlərə giriş əldə etmələrinə daha imkan verilməyəcək.