Ən populyar proqramlaşdırma DİLİ
    • 9-05-2020, 21:57
    • 948

Ən populyar proqramlaşdırma DİLİ

Tərtibatçılar arasında ən populyar proqramlaşdırma dili məlum olub.

News24.az 3DNews saytına istinadən xəbər verir ki, TIOBE Software şirkəti proqramlaşdırma dillərinin "Google", "Google Blogs", "Yahoo!", "Wikipedia", "MSN", "YouTube", "Bing", "Amazon", "Baidu" və digər internet xidmətlərində axtarış sorğuları statistikasının analizi üzrə formalaşdırılan yenilənmiş populyarlıq reytinqini dərc edib.

Hesabatda  bildirilib ki, "C" proqramlaşdırma dili uzun müddət lider mövqeyini yenidən qoruyub. Siyahıda ikinci pillədə  "Java" dili olub. Üçüncü yerdə isə "Python" qərarlaşıb.