ABŞ Prezidenti FED-in son qərarından narazıdır

ABŞ Prezidenti FED-in son qərarından narazıdır
İQTİSADİYYAT / SİYASƏT

27 sentyabr 2018, 10:28

Mətn ölçüsü

ABŞ Prezidenti Donald Tramp Federal Ehtiyat Sisteminin (FED) uçot dərəcəsini artırmasından narazılığını bildirib.

Xatırladaq ki, ötən gün FED-in Açıq Bazar Əməliyyatları Komitəsinin 2 günlük iclası başa çatıb.

İclasın yekununda uçot dərəcəsinin 0,25 faiz bəndi artırılaraq 1,75-2%-dən 2-2,25%-ə çatdırılmasına qərar verilib.

“FED-in uçot dərəcəsini artırmaqdan xoşu gəlir. Bu, məni narahat edir. Onlar ABŞ-da vəziyyət yaxşı olduğuna görə faizləri qaldırdılar. Mən bundan narazıyam”, - dövlət başçısı qeyd edib.