Diqqət! "Windows 10" əməliyyat sistemində CİDDİ PROBLEM YARANDI
    • 19-05-2020, 23:51
    • 1 331

Diqqət! "Windows 10" əməliyyat sistemində CİDDİ PROBLEM YARANDI

"Windows 10" əməliyyat sistemi yeniləməsi kompüterlərdə səsin söndürülməsi və məlumatların müvəqqəti itirilməsi ilə nəticələnib. 

News24.az "Lenta.ru" saytına istinadən xəbər verir ki, mayın 10-da buraxılan KB4556799 yeniləməsini alan istifadəçilər "Microsoft" və "Reddit" forumunda problemlərdən şikayətləniblər.

Əksər istifadəçilərin sözlərinə görə, yeniləmədən sonra kompüterlərdə səs çıxmamağa başlayıb, bir sıra hallarda səhv səbəbindən səs kartının proqram təminatı silinib. Həmçinin, qoşulma zamanı səs eyni anda həm dinamikdən, həm də qulaqcıqdan gəlib. Bəzi istifadəçilərdə fayllar silinib və bərpa edilməsi mümkün olmayıb.