Dolların tiranlığı sona çatır

Dolların tiranlığı sona çatır
İQTİSADİYYAT / SİYASƏT

04 oktyabr 2018, 12:25

Mətn ölçüsü

"Qlobal maliyyə bazarlarında ABŞ dollarının hökmranlığı sarsılıb, dünya liderləri onu dominant kimi qəbul etməkdən imtina etməyə başlayıblar. Dolların tiranlığı sona çatır".
Bunu "Bloomberg" agentliyi yazıb. 
Yazıda qeyd olunur ki, artıq bir sıra ölkələr, o cümlədən Rusiya Amerika valyutasında aktivlərini azaldır, Çin enerji bazarında müqavilələri yuanla bağlamağa başlayıb, Fransanın maliyyə naziri Bruno Le Mer isə bəyan edib ki, ABŞ-ın maliyyə alətlərindən “tam azad” olmaq istəyir, Avropa İttifaqını okeanın o tayındakı super gücün vassalı kimi görmək istəmir.
Bununla belə, agentlik yazıb ki, dollar hələ ki, liderliyini qoruya bilir, ona tələbat var və əsas məsələ də elə bu tələbatın qorunub-saxlanılmasıdır. Bunun üçün diplomatik əlaqələrdən yararlanmalı, ABŞ-ın ticarət tərəfdaşları üçün dolların əlçatanlığı saxlanılmalı və Amerika valyutasından digər ölkələrə zərbə vurmaq üçün istifadə edilməməlidir.