Bu ilin ilk yarısında DSMF-dən 19 162 nəfər elektron arayış aldı

Bu ilin ilk yarısında DSMF-dən 19 162 nəfər elektron arayış aldı
İQTİSADİYYAT

16 iyul 2021, 10:04

Mətn ölçüsü

2021-ci ilin yanvar-iyun aylarında DSMF-nin fəaliyyət istiqamətləri üzrə elektron arayış alanların sayı 19 162 nəfər olub.

Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentindən News24.az-a verilən məlumata görə, bu arayışların 7 354-ü pensiya, 4 571-i müavinət və təqaüd, 3 940-ı fərdi şəxsi hesab, 1001-i ünvanlı dövlət sosial yardımı, 783-ü torpaq pay mülkiyyətçisi, 788-i sosial sığorta şəhadətnaməsinin nömrəsi, 272-si şəhid ailəsi üzvü, 212-si ünvanlı dövlət sosial yardımı ödənişləri, 118-i sağlamlıq imkanları məhdud uşaqlara qulluq, 108-i əlilliyi olan şəxslərə qulluq, 15-i Milli Qəhrəmanın ailə üzvü ilə bağlı olub.