Sentyabrda Bakıda ən yüksək maaş verilən rayonlar məlum olub
    • 30-11-2018, 17:05
    • 942

Sentyabrda Bakıda ən yüksək maaş verilən rayonlar məlum olub

Bu ilin yanvar-sentyabr aylarında Bakı şəhəri üzrə muzdlu işçilərin sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 18 098 nəfər və ya 2,6% artaraq 714 544 nəfər olub.

Bakı şəhər Statistika İdarəsinin verdiyi məlumata görə, bu ilin yanvar-sentyabr aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən işçilərin orta aylıq nominal əməkhaqqının səviyyəsi 1,8 manat və ya 0,2% artaraq 785,6 manat olub.
Belə ki, bu ilin yanvar-sentyabr aylarında Bakının Binəqədi rayonunda işləyən muzdlu işçilərin sayı 46 423 nəfər təşkil edib. Onların orta əmək haqqının həcmi isə 449,3 manat təşkil edib. 2017-ci ilin sentyabr ayı ilə müqayisədə Binadəqi rayonunda muzdlu işçilərin sayı 2 941 nəfər və ya 6,76%artıb. Onların əmək haqlarının həcmi isə bir il ərzində 21,6 manat və ya 5,04% artıb.
Bakının Qaradağ rayonunda muzdla işləyənlərin sayı 361nəfər və ya 1,44% azalaraq 24 762 nəfər təşkil edib. Bu rayonda işləyənlərin əmək haqqılarının həcmi isə 85,9 manat və ya 8,96% artaraq 1 044,8 manat təşkil edib.
Paytaxtın Xəzər rayonunda isə işləyən muzdlu işçilərin sayı 30 493 nəfər təşkil edib. Onların orta əmək haqqının həcmi isə 727,8 manat təşkil edib. 2017-ci ilin sentyabr ayı ilə müqayisədə Xəzər rayonunda muzdlu işçilərin sayı 862 nəfər və ya 2,91% artıb. Onların əmək haqqılarının həcmi isə bir il ərzində 85,3 manat və ya 13,28% artıb.
Paytaxtın mərkəzi rayonlarından biri olan Səbaildə isə muzdla işləyən içşilərin sayı 112 774 nəfər təşkil edib. Bu, ötən ilin 9 ayı ilə müqayisədə 2 262 nəfər və 1,97% azdır. Onların maaşlarlına gəldikdə isə, bu rəqəm ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə 65,4 manat və ya 4,38% azdır.
Bu ilin yanvar-sentyabr ayları ərzində Sabunçu rayonunda siyahı tərkibində olan işçilərin sayı ötən ilin analoji dövrü ilə müqayisədə 436 nəfər və ya 1,6% artaraq 27 750 nəfərtəşkil edib. Bu müddət ərzində onların əmək haqlarının həcmi 15 manat və ya 3,09% artaraq 499,7 manat olub.
Suraxını rayonunda muzdla işləyənlərin rəsmi ümumi sayı 19 667 nəfər, onların əmək haqqlarının orta hesabla həcmi 572,2 manat təşkil edib. Bu isə say baxımından 31 nəfər və ya 0,16% çoxdur. Əmək haqları nisbətində isə bu rəqəm 1,2 manat və ya 0,21% azdır.
Bakının daha bir mərkəzi rayonlardan biri olan Nərimanovda isə işləyənlərin ümumi sayı 68 153 nəfər təşkil edir ki, bu da ötən ilin 9 ayı ilə müqayisədə 3 423 nəfər və ya 5,29% çoxdur. Bu rayonda orta əmək haqqının həcmi 519manat olub ki, bu da ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə 1,7 manat və ya 033% artıb.
Bu ilin 9 ayında Bakının Nəsimi rayonunda muzdla işləyənlərin ümumi sayı 161 751 nəfər təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9 750 nəfər və ya 6,41% çoxdur. Onların orta əmək haqlarının həcmi isə 652,6 manat təşkil edib ki, bu da ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə 35,4 manat və ya 5,74% çoxdur.
Nizami rayonunda isə bu müddət ərzində muzdla işləyənlərin orta hesabla ümumi sayı 1 031 nəfər və ya 2,29% azalaraq 43 894 nəfər olub. Bu ilin yanvar-sentyabr aylarında onların da orta əmək haqlarının həcmi 17,8 manat və ya 2,67% azalaraq 649,9 manat təşkil edib.
Bakının ən böyük rayonlarından biri olan Xətaidə isə ümumi çalışanların sayı 63 911 nəfər təşkil edib. Bu müddət ərzində onlar aylıq olaraq orta hesabla 775,5 manat əmək haqqı alıblar. Bu rəqəm say baxımdan ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə 1296 nəfər və ya 2,07% çoxdur. Məbləğ baxımımdan isə bu rəqəm 58,3 manat və ya 6,99% azdır.
Bakının sayca 11-ci rayonu Yasamalda isə çalışanların sayı bu ilin yanvar-sentyabr aylarında 106 828 nəfər olub. Ötən ilin 9 ayı ilə müqayisədə onların sayı 2 592 nəfər və ya ya 2,47% artıb. Onların orta əmək haqlarının həcmi 688,8 manat olub ki, bu da 2017-ci ilin eyni dövrü ilə müqayisədə 43,8 manat və yta 6,79% çoxalıb.
Paytaxtın sayca 12-ci olan və sonda yaradılan Pirallahı rayonunda isə işləyənlərin orta sayı 8 138 nəfər olub. Onların aylıq aldıqları maaşlarının orta hıcmi isə 1 461,8 manat təşkil edib. Bununla da bu rayonda işləyənlərin sayı ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə 420 nəfər və ya 5,44%, əmək haqqılarının orta həcmi isə 80,3 manat və ya 5,81% artıb.
Beləliklə, belə qənaətə gəlmək olar ki, bu ilin doqquz ayında paytaxt Bakıda ən çox iş yeri olan rayon Nəsimidir. Bu rayonda 161 751 nəfər işlə təmin edilib. Bakının ən yüksək əmək haqqı verən iş yerləri olan rayon isə Pirallahıdır. Bu rayonda hər işçi orta hesabla 1 461,8 manat əmək haqqı alır. 

//Report