Dollar üzən məzənnəyə keçsə bizi nə gözləyir? - Eksert rəyi
    • 18-07-2018, 11:10
    • 1 699

Dollar üzən məzənnəyə keçsə bizi nə gözləyir? - Eksert rəyi

Dünən 2020-ci ildə manatın üzən məzənnəyə keçəcəyi barədə xəbər verdik. Bəs Azərbaycan manatı buna hazırdırmı, üzən məzənnə ilə bizi nə gözləyir? Manatın mövqeyinin möhkəmləndirilməsi üçün hansı addımlar atılmalıdır?

News24.az-ın  bu suallarına iqtisadçı alim, keçmiş maliyyə naziri Saleh Məmmədov cavab verir.

- Saleh müəllim  tam manat üzən məzənnəyə  keçməyə hazırdırmı?
- Bir sistemə keçid edərkən gərək öncə alt yapını, infrastrukturu düzəldəsən. Azərbaycanda üzən məzənnəyə keçmək üçün manatın üzməsi üçün müəyyən şərtlər, infrastruktur olmalıdır. Bir insana üzməyi öyrətmək üçün ən azından hovuz olmalıdır. Əvvəla valyuta resursları 90 faiz dövlətin əlindədir. Dövlət hansı istiqamətdə istəsə elə hərəkət etdirəcək. Valyuta təklifinin heç olmasa 75 faizi özəl sektorda olsa fərqli görüntü yaranardı. Valyuta əsasən Neft Fondundadı, Kənd təsəsərrüfatıdır, neft sənayesindədir, bunların hamısı dövlətin əlindədir. Rəqabət sistemi yoxdur.Valyuta məzənnələri hələlik dövlətin tənzimlənməsi altındadır.

Manatın dəyərinin möhkəmlənməsi üçün birinci növbədə ciddi bank islahatı həyata keçirilməlidir. Bu məsələ üzrə hazır proqram da vermişəm. Azərbaycanda mövcud olan bank sistemi sadəcə kassa hesablaşma sistemidir. Dünyanın ən böyük 100 bankı ölkəyə gətirilməlidir, afşor bank sistemi yaradılmalıdır. Birinci növbədə məmurların əl-qolunu bağlayacaq qanun qəbul olunmalıdır. Manatın dollara nisbətən SDR (BVF-nin pul vahididir) kənarlaşma məhdudiyyəti qoyulmalıdır. Bu 1,5-2,5 arasında olmalıdır.Nə aşağı, nə yuxarı olmalıdır. Kimliyindən asılı olmayaraq, hər kəs bu məhdudiyyəti keçməyə görə cinayət məsuliyyəti daşımalıdır. İkinci illik kənarlaşma faizinə məhdudiyyət qoyulmalıdır.

Dünyanın etibarını qazanmaq üçün bu edilməli və uyğun sığorta sistemi yaradılmalıdır. Manatın məzənnəsinin sığortalanma sistemini qurmaq lazımdır. Bunun üçün də zəruri valyuta rezervlərini işə qoşmaq lazımdır. Bizim resurslarımız çoxdur. Maliyyə sistemi bizdən zəif olan ölkələr var. Elə etmək lazımdır ki, Rusiya, İran, Türkiyə kimi ölkələrin əmanətçiləri bizə güvənsinlər. 35 milyon Cənub azərbaycanlılarının bizə əmanət qoymaq imkanı var. Qoyanlar da var idi. Di gəl ki, hamsıını bir gecədə puç elədik. Bir yalnışlıqla – manatı devalvasiyaya uğratmaqla biz onların inamını qırdıq. Hamını arxayın edəcək tədbirlər görülməlidir.

- Üzən məzənnəyə keçid üçün obyektiv şərait var?

-Azərbaycanda manatın kursunun düşməsinə obyektiv şərait yoxdur. Yalnız subyektiv amillər var. Bu subyektiv amillərin təhlili onu göstərir ki, insanların narahatlığı, şübhəsi əsassız deyil. Mümkündür ki, manatın kursu dəyişsin. Nədir bu subyektiv amillər. Subyektiv amillərdən biri odur ki, Azərbaycan iqtisadiyyatı normal qanunauyğunluqlar əsasında idarə olunmur. Bir neçə şəxsin iradəsi əsasındadır. Bu şəxslərdən də nə desən gözləmək olar. Gecə yatıb, səhər durub görə bilərsən ki, dolların məzənnəsi manata nisbətən iki dəfə bahalaşıb. İkinci amil də subyektiv amildir. Bu da Azərbaycanın son dövrlərdə, mən belə deyərdim, antidollar adlı bir koalisiyaya qoşulma cəhdidi. Zənn edirəm ki, bu da düzgün istiqamətlənmiş qərar deyil. Son zamanlar İran, Türkiyə, Rusiya və bir qədər də Çinin müdaxiləsi hiss olunur – bu ittifaqa qoşulub. Azərbaycan da bu ittifaqa qoşulmağa cəhd göatərir. Hətta Türkiyədə bir eyforiya yarandı, xalqa səsləndilər ki, dollardan azad olsunlar. Camaat əllərində olan dollarları təhfil verdi. Hökümət çox hiyləgərcəsinə xalqdan dolları leqal yolla alıb bir sıra şəxslərin xaricdəki bank hesablarına köçürdü. Bu alyansın nəticəsidir ki, son dövrlərdə bu ölkələrin valyutalarında böyük çalxalanma mövcuddur. Türkiyədə, Rusiyada, İranda milli valyutalar sürətlə dəyər itirir. Sadəcə bu xarakterli bəyənatlar iqtisadiyyata böyük zərbə vurur, iqtisadiyyatı məhvə aparır. Məsələn, hər hansı investor eşitsə ki, qeyri-stabil olan türk lirəsi, rubl və ya tümənlə iş görəcək, o, investisiya yatırmaq istəməyəcək, bu ölkədən qaçacaq. Bunu görən yerli iş adamları da öz valyutalarını ölkədən çıxarmağa çalışacaq.

İlhamə Rəsulova