AZAL dünyanın ən yaxşı aviaşirkətləri reytinqində yer aldı

AZAL dünyanın ən yaxşı aviaşirkətləri reytinqində yer aldı
İQTİSADİYYAT / SİYASƏT

18 iyul 2018, 12:20

Mətn ölçüsü

Böyük Britaniyanın "Skytrax" konsaltinq şirkəti dünyanın 100 ən yaxşı aviaşirkətinin siyahısını tərtib edib.

News24.az xəbər verir ki, "Azərbaycan Hava Yolları" QSC (AZAL)  bu siyahıda yer alaraq 58-ci yerdə qərarlaşıb. Dünyanın ən yaxşı aviaşirkəti adını  "Singapore Airlines" qazanıb. Növbəti yerləri isə "Qatar Airways" və "ANA All Nippon Airlines" (Yaponiya) tutub.

"Türk Hava Yolları" şirkəti isə siyahıda 18-ci, Rusiyanın  "Aeroflot" şirkəti 23-cü yerdə, "Air Astana" isə 48-ci yerdə qərarlaşıb.

Ermənistanın adı yüzlüyə daxil edilməyib.

 İlhamə