Azərbaycanda manatla banklararası kreditlər ucuzlaşıb

Azərbaycanda manatla banklararası kreditlər ucuzlaşıb
İQTİSADİYYAT / SİYASƏT

10 dekabr 2018, 15:03

Mətn ölçüsü

Azərbaycanda manatla ayrılan banklararası kreditlər üzrə orta illik faiz dərəcəsi oktyabr ayında 3,86 faiz bəndi azalaraq noyabrın 1-nə 6,56% təşkil edib.

Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) aylıq hesabatına istinadən xəbər verilir.
Hesabata əsasən, hesabat ayında xarici valyutada kreditlərdə isə orta faiz dərəcəsi 4,98%-dən 4,73%-ə enib.
Qeyd edək ki, ilin əvvəlində manatda banklararası kreditlər üzrə orta faiz 11,8%, xarici valyutada isə 4,93% təşkil edib. 

//Report